“Daha Yaxşı Bir Dünya”

21 dekabr 2016

Paylaş:

2016-cı ildə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fəaliyyət göstərən “Tudor Rose” nəşriyyatının BMT-nin Davamlı İnkişaf Məqsədlərinin icrasına  dəstək məqsədilə hazırladığı “Daha Yaxşı Bir  Dünya”  adlı növbəti kitabı işıq üzü görmüşdür. Layihəyə dəstək verən ölkələrdən biri kimi nəşrdə “Azərbaycanda gender balansı və qadınların səlahiyyətləndirilməsi” adlı məqaləmiz yer almışdır. Məqalədə keçən dövr ərzində Azərbaycan qadının əldə etdiyi nailiyyətlər və  qadın hüquqlarının qorunması sahəsində həyata keçirilən dövlət siyasətinin uğurlu nəticələri öz əksini tapmışdır.
 
Xatırladaq ki, 2014-cü ildə dərc olunan digər nəşrdə “Azərbaycanda ailə rifahının möhkəmləndirilməsi və sosial inkişaf” adlı məqaləmiz çap olunmuşdur.
 
Qeyd: Aşağıdakı linkdən istifadə edərək, kitabı oxuya bilərsiniz.