Erkən nikahların qarşısının alınması ilə bağlı maarifləndirici tədbir keçirildi

12 aprel 2019

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Saatlı Rayon İcra Hakimiyyəti ilə birgə 12 aprel 2019-cu il tarixində Saatlı rayonu, Cəfərxan kənd tam orta məktəbdə erkən nikahların qarşısının alınması ilə bağlı maarifləndirici tədbir keçirilib.

Tədbirdə məktəb direktoru, şagird, müəllim və valideyn kollektivi, hüquq mühafizə və səhiyyə işçiləri, Komitənin Saatlı rayonunda yerləşən Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları və.s iştirak edib.

Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova,  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Saatlı Rayon İcra Hakimiyyəti başçısının müavini Reyhan Ocaqova, Saatlı rayon Təhsil Şöbəsinin müdiri Seyidağa Kazimov, Cəfərxan kəndinin  axundu Vadər Əliquliyev çıxış edib.

Tədbirdə erkən nikah və təhsildən yayınma halları, onların fəsadları,  aradan qaldırılması yolları, narkomaniya və onun fəsadları, reproduktiv sağlamlıq, qadınlara qarşı zorakılıq, o cümlədən məişət zorakılığına qarşı mübarizə yolları, bu sahədə mövcud yerli və beynəlxalq qanunvericilik  Komitə və İcra Hakimiyyəti tərəfindən həyata keçirilən müvafiq layihələr barədə məlumat verilib.

Tədbirdə erkən nikahlara həsr olunmuş  video-çarx nümayiş etdirilib.

        Sonda mövzu ətrafında müzakirələr aparılıb.