Sağlamlıq imkanları məhdud uşaqlarla işləyən mütəxəssislər üçün təlim keçirilib

18 aprel 2019

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Birgə və Sağlam” İctimai Birliyi ilə xüsusi qayğıya ehtiyacı olan autizm sindromlu uşaqlarla işləyən mütəxəssislərin hazırlığı istiqamətində “Autizmli şəxslər üçün fürsətlər yaratmaq” layihəsini həyata keçirir.

Layihə çərçivəsində 17-18 aprel tarixlərində Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzində Mərkəzlərin uşaq inkişafı mütəsəsislərinin iştirakı ilə praktik çalışmalar keçirilmişdir. Türkiyəli mütəxəssis Alperen iştirakçılara autizm sindromlu uşaqlarla praktik iş nümayiş etdirmiş və mütəxəssislərə müvafiq tövsiyyələr verilmişdir. Praktik işdə iştirak edən hər bir uşaq üçün fərdi inkişaf planı tərtib olunmuşdur.