Qızların təhsildən yayınması və erkən nikahların qarşısının alınması məqsədilə maarifləndirici görüş keçirilib

12 noyabr 2016

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən qızların təhsildən yayınması və erkən nikahların qarşısının alınması məqsədilə 11 noyabr 2016-cı il tarix ində Xəzər rayonu, Binə qəsəbəsindəki Mədəniyyət Evində maarifləndirici görüş keçirilib. Görüşdə Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva və Komitənin əməkdaşları, Xəzər Rayon İcra hakimiyyəti baçısının müavini Arif Balayev, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin nümayəndəsi Cahandar Əlizadə, Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları, qəsəbə sakinləri, məktəblilər və valideynlər iştirak edib.

Görüşdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva Bakı kəndlərində qızların təhsildən yayınma hallarının, həmçinin erkən nikah faktlarının mövcud olduğunu qeyd etmiş, erkən nikah faktlarının qarşısının alınmasında bu cür maarifləndirici tədbirlərinin əhəmiyyətini və əlaqəli qurumların əməkdaşlığının vacibliyini vurğulayıb.

Tədbirdə çıxş edənlər erkən nikah hallarının yaranma səbəbləri və erkən nikahın qızların təhsildən yayınması, reproduktiv sağlamlığın pozulması və ailədə qeyri-sağlam  psixoloji vəziyyətin yaranması kimi mənfi nəticələri barədə tədbir iştirakçılarını məlumatlandırıb. Komitənin Regional Mərkəzlərlə İş şöbəsinin əməkdaşı Pərvanə Əskərzadə qızların təhsildən yayınması və erkən nikah mövzusunda təqdimat edərək, erkən nikahın yaratdığı fəsadlar barədə tədbir içtirakçılarına məlumat verib.

Tədbir qarşılıqlı müzakirə şəraitində davam edib, iştirakçılara erkən nikah və qanunvericilik mövzusunda buklet paylanılıb.