Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibəti ilə Uşaq və Ailələrə Dəstək Mərkəzləri(UADM) anım tədbirləri keçirib

14 may 2019

Paylaş:

Qəbələ UADM Qəbələ “Asan Xidmət” ilə birlikdə ictimaiyyət üzvlərinin və məktəblilərin iştirakı ilə rayonun Heydər Əliyev Mərkəzində, Goranboy UADM 1 saylı tam orta məktəbdə, Saatlı UADM rayonun Heydər Əliyev Mərkəzində anım tədbirləri keçiriblər. Tədbirdə çıxış edənlər qeyd ediblər ki, Heydər Əliyevin səyi nəticəsində Azərbaycan dönməz müstəqilliyə, inkişafa, tərəqqiyə qədəm qoymuşdur. O, bütün həyatını  doğma xalqına sərf edən, milli dövlətçiliyin əsasını qoyan dahi lider olmuşdur. Bayram tədbiri uşaqların hazırladığı şeir kompozisiya ilə müşayət olunub.

Sabirabad UADM N. Nərimanov adına 2 saylı tam orta məktəbin, N.Gəncəvi adına 5 saylı tam orta məktəbin və M.Ə.Sabir adına 1saylı tam orta məktəb şagirdlərinin rayon Heydər Əliyev Mərkəzinə ekskursiyasını təşkil edib. Mədəniyyət Mərkəzində baş tutan tədbirdə Ulu öndərə həsr olunmuş “Bir ömrün anı” adlı film izlənilib.

Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzi Zərdab Uşaq İncəsənət Məktəbi ilə birlikdə Kür sahili parkda “Ümummilli Lider Heydər Əliyevin ölməz irsi” adlı uşaqların əl işlərindən ibarət sərgisi təşkil edib.