Bakı Dövlət Universitetinin hüquq fakültəsinin tələbələrinə uşaq hüquqları mövzusunda mühazirə keçirilib

15 may 2019

Paylaş:

Komitənin Hüquqi təminat şöbəsi tərəfindən Tədbirlər planına uyğun olaraq BDU-nun hüquq fakültəsinin 1 kurs tələbələrinə uşaq hüquqları mövzusunda mühazirə keçirilib. Mühazirədə Komitəni Seymur Məmmədov və Tural Hüseynzadə təmsil etmişdir. Mühazirə gedişində tələlərə uşaq hüquqları anlayışı, dövlətin uşaq hüquqlarının həyata keçirilməsində rolu və funksiyaları barədə məlumatlar verilib, tələbələr hüquqi maarifləndirmənin əhəmiyyəti və uşaq hüquqları barədə ölkədə mövcud olan qanunvericilik normaları barədə məlumatlandırılıb.