Komitə sədri Misir Ərəb Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb

16 may 2019

Paylaş:

      16 may  2019-cu il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın Misir Ərəb Respublikasının Azərbaycan Respublikasındakı  fövqəladə və səlahiyyətli səfiri Adel İbrahim Ahmed İbrahim ilə görüşü keçirilib.

      Görüş zamanı Dövlət Komitəsinin sədri Hicran Hüseynova  Azərbaycan ilə Misir  arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirib. O, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin qadın hüquqlarının müdafiəsi, məişət zorakılığı ilə mübarizə, qadın sahibkarlığının inkişafı, gender bərabərliyinin təmin edilməsi sahəsində həyata keçirdiyi layihələr haqqında məlumat verib.

       Misir Ərəb Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Adel İbrahim Ahmed İbrahim qadın hüquqlarının müdafiəsi sahəsində Azərbaycan ilə əməkdaşlığın gücləndirilməsi və təcrübə mübadiləsinin aparılması üzrə birgə layihələrin həyata keçirilməsində maraqlı olduğunu bildirib.

      Görüşdə qadın hüquqlarının müdafiəsi, cəmiyyətdə layiqli yer tutması və onların səlahiyyətləndirilməsi, qadın sahibkarlığının inkişafı, ikitərəfli əməkdaşlıq səviyyəsinin artırılması və digər mövzular ətrafında müzakirələr aparılıb.