“Ailə institutunun gücləndirilməsi” və “Zorakılığa YOX deyək” adlı təlimlər keçirilib

17 may 2019

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Xəzər rayonunda “Ailə institutunun gücləndirilməsi” və “Zorakılığa YOX deyək” təlimlər keçirilib. Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin dəstəyi ilə təşkil olunan təlimlər Şağan, Binə və Şüvəlan qəsəbələrində yuxarı sinif şagirdlərinin iştirakı ilə  keçirilib.

Təlimlərdə iştirakçılara ailədaxili ünsiyyətin və münasibətin əhəmiyyəti, valideyn-övlad münasibətlərinin tənzimlənməsi, zorakılığın növləri, zorakılıqdan qorunması yolları və s. barədə məlumat verilib, fikir mübadiləsi aparılıb, suallara cavab verilib.