Uşaqların Müdafiəsi Günü münasibətilə qayğı göstərilməsi aksiyası təşkil edilib

31 may 2019

Paylaş:

30 may 2019-cu il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş silsilə tədbirlər çərçivəsində Komitədə könüllülük fəaliyyəti göstərən tələbələrin iştirakı ilə, xüsusi qayğıya ehtiyacı olan uşaqlara SP Klinikasında bir günlük qayğı göstərilməsi aksiyası təşkil edilib. Tədbirdə 40-a yaxın uşaqların iştirakı təmin edilib.

Tədbir zamanı Komitənin Uşaq Problemləri şöbəsinin müdiri Cəmilə Bağırova çıxış edərək kiçik qonaqları bayram münasibəti ilə təbrik edib, Komitənin müvafiq sahə ilə bağlı fəaliyyət istiqamətləri haqqında məlumat verib. Tədbir zamanı uşaqlara əyləncə xarakterli şou proqramlar nümayiş etdirilib, uşaqların ifasında şeir kompozisiyası dinlənilib. Bayram tədbirində Uşaq problemləri şöbəsinin müdir müavini Reyhan Seyidova və şöbənin böyük məsləhətçisi Günel Nağdəliyeva da iştirak edib.

Sonda Komitə tərəfindən uşaqlara hədiyyələr paylanılıb.