Şüvəlanda Uşaqların Müdafiəsi Gününə həsr olunmuş bayram tədbiri keçirildi

4 iyun 2019

Paylaş:

3 iyun 2019-cu il tarixində Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzində 1 İyun - Uşaqların Müdafiəsi Gününə həsr olunmuş bayram tədbiri keçirilib.

Tədbirdə icmadan olan 100 uşaq və onların valideynləri iştirak edib. Tədbir çərçivəsində uşaqlar geniş bədii proqramla çıxış edərək, milli və əcnəbi rəqslər ifa edib, şeirlər söyləyiblər. Tədbirin sonunda uşaqlara  hədiyyələr təqdim edilib.