Fransada «Şərq və Qərb qovşağında Azərbaycan nümunəsi» müzakirə olundu

7 iyun 2019

Paylaş:

7 iyun 2019-cu il tarixində, Fransa Milli Assambleyasının Lamartin zalında iki hissəli konfrans keçirilib. Konfransda açılışı nitqi ilə Fransa Milli Assableyasının Qadın Hüquqları Komitəsinin sədri Mari-Pyer Riksen, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Azərbaycan Respublikasının Fransadakı səfiri Rəhman Mustafayev çıxış ediblər.

Konfrans çərçivəsində qadınların irəli çəkilməsi sahəsində ölkəmizdə əldə olunan nailiyyətlər, qadınların ölkəmizin siyasi, iqtisadi, sosial sahələrində fəal olması, qadınların iqtisadi müstəqilliyinin təmin edilməsi istiqamətində görülən tədbirlər, habelə qadın sahibkarlara dövlət dəstəyi göstərildiyi diqqətə çatdırılıb. Ölkəmizdə həyatın bütün sahələrində qadınların təmsil olunduğu və onların sayının getdikcə artdığı vurğulanıb. Komitə sədri Hicran Hüseynova dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə dövlət qadın siyasəti istiqamətində aparılan işlər barədə ətraflı məlumat verilib. Bu gün Müstəqil Azərbaycan qadınları Parlamentdə, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, bələdiyyələrdə, təhsildə, səhiyyədə, ölkə iqtisadiyyatının inkişafında sahibkar kimi biznes strukturlarında, kənd təsərrüfatında, orduda, idmanda, milli təhlükəsizlik və hüquq-mühafizə orqanlarında, İKT sahəsində kişilərlə bərabər rəhbər vəzifələrdə təmsil olunurlar. 

Eyni zamanda, Komitə sədri  bildirib ki,  Ermənistanın torpaqlarımıza silahlı təcavüzü nəticəsində 1 milyondan çox vətəndaşımız qaçqın və məsburi köçkün düşüb ki, onların da 400 mindən çoxu qadınlar olmuşdur.  Bu gün  hələ də itkin düşən və əsirlikdə olan qadınlarımız var. Onların taleyi bizi çox narahat edir. Atəşkəs rejimində də hələ də sadə vətəndaşlar qətlə yetrilir.  Ötən  dövr ərzində 34 uşaq bu terrorunun qurbanı olub. Onlardan on dördü (14) həlak olmuş, iyirmisi (20) isə yaralanmışdır. Onlardan ən balacası bir yaş səkkiz aylıq körpə idi.  

Beynəlxalq təşkilatlar tərəfindən qətnamələr qəbul olunmasına baxmayaraq, münaqişə həll olunmamışdır. Sərhəd zonasında yaşayan qadınlar hələ də psixoloji cəhətdən stres keçirməkdədirlər. Ona görə də bu bölgələrdə doğulan uşaqların, həmçinin qadınların səhhətində ciddi problemlər vardır.

«Azərbaycanda qadın hüquqlarının qısa tarixi» və «Qadın hüquqları : Səsvermə hüququndan dəyişikliklərə doğru» adlı sessiyalarda Azərbaycan Respublikasının Milli Məclis deputatı, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, AŞPA-nın bərabərlik və diskriminasiyalarla mübarizə komissiyasının üzvü Sahibə Qafarova, BDU-nun müəllimi, Azərbaycanda qadın hüquqları tarixi üzrə mütəxəssis, tarix üzrə fəlsəfə doktoru Lətifə Əliyeva, “ClimateLaunchpad” akselerator proqramının əsas mentoru, “Social Innovation Lab” həmtəsisçisi, Reyhan Camalovanın “Rainergy” layihəsinin elmi rəhbəri və mentoru Leyla Tağızadə geniş təqdimatla çıxış ediblər. Bildirilib ki, Azərbaycanda qadın hüquqları və qadınların emansipasiyası tarixi özünəməxsusluğu ilə seçilir. 1901-cı ildə ilk dəfə Azərbaycan dilində təhsil verən müsəlman qız məktəbinin yaradılması, 1911-ci ildə ilk qadın jurnalı olan “İşıq jurnalının” yaradılması və s. 1918-ci ildə Azərbaycanda qadınlara seçki hüquqlarının verilməsi və bu hüququn 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti tərəfindən təsdiqlənməsi ilə nəticələnməsi qeyd olunub.

Avropa Robert Şuman İnstitutunun vitse-prezidenti Florans Qabe,  Avropa Parlamenti deputatı Patrisia Lalond, UNESCO-nun gender məsələləri üzrə direktoru Saniye Gülser Corat, Azərbaycan qadınları haqqında 2 cildlik kitab müəllifi Jean-Louis Gouraud, Fransa-Azərbaycan Universiteti, baş katib Charlotte Payen, ALP şirkətinin baş direktoru Ann Loverjon, yazıçı və jurnalist Fövziyə Zuari çıxış edərək təcrüblərini bölüşüblər.

Tədbir müzakirələrlə davam edib.