“Avropada uşaqların onlayn cinsi istismarı və aldadılması” adlı layihə çərçivəsində Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinə səfər təşkil edilib

19 iyun 2019

Paylaş:

19 iyun 2019-cu il tarixində “Avropada uşaqların onlayn cinsi istismarı və aldadılması” adlı layihə çərçivəsində Avropa Şurasının Azərbaycan Respublikasındakı Ofisinin rəhbəri Zoltan Hernyes, baş layihə rəhbəri xanım Naomi Trevinnard, layihə rəhbəri cənab Ovidiu Majina, ekspertlər cənab Mark Cameron və Emin Abbasov Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinə səfər ediblər.

Görüşdə qonaqlar Mərkəzin sensor, aktiv terapiya, əl işləri, kompyüter otaqlarına baxıb, xidmət zamanı mərkəzin fəaliyyəti ilə yaxından tanış olublar. Həmçinin qonaqlar mərkəzin “Keys menecment” xidməti ilə maraqlanıb, xüsusilə uşaqlara qarşı törədilən zorakılıq halları zamanı mərkəz tərəfindən görülən işlər haqqında suallar veriblər. Görüş zamanı qonaqlara Xəzər rayonunda zorakılıq hallarının qarşısının alınması işləri,profilaktik tədbirlər və mərkəzin həyata keçirdiyi layihələr barədə geniş məlumat verilmişdir.