Komitə nümayəndəsi Gürcüstanda təşkil olunan təlimdə iştirak edib

20 iyun 2019

Paylaş:

18-20 iyun 2019-cu il tarixində Tiflisdə "Gender Bərabərliyinə dair Dialoqun təşviqi üçün gender problematikasının təhlili və icmanın iştirakı" adlı təlim keçirilib. Təlim Almaniya Beynəlxalq Əməkdaşlıq təşkilatının Cənubi Qafqazda Yaxşı Yerli Özünüidarəetmə Proqramı tərəfindən təşkil olunub. 
 
Azərbaycan şəhər və rayon bələdiyyə sədr və üzvlərinin iştirakı ilə keçirilən təlimlərdə Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi fəal şəkildə təmsil olunub. 
 
Seminarlarda yerli siyasətdə gender məsələlərinin təhlili və qadınların iştirak modelləri, gender inteqrasiyasında SWOT (güclü tərəflər, zəif tərəflər, imkanlar və təhlükələr) analizi və Venn Diaqramı praktiki alət kimi, praktiki və strateji gender ehtiyacları, gender təhlili gender məsələlərinin yerli siyasətə inteqrasiyasının əsası kimi,
İcma səfərbərliyi və qadınların iştirak modelləri
bələdiyyə Planlarında Gender Bərabərliyinin Tərəfdarları mövzuları ətrafında müzakirələr aparılıb, qrup işləri təqdim olunub. 
 
Təlim avstriyalı beynəlxalq ekspert Barbara Küjas tərəfindən aparılıb.