Ümumdünya Qadın Sammitində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynova Azərbaycanda həyata keçirilən dövlət qadın siyasəti haqqında geniş məruzə edir

4 iyul 2019

Paylaş:

İsveçrənin Bazel şəhərində  Ümumdünya Qadın Sammiti öz işinə başlayıb. Dünya Qadınlarının “Davosu” kimi tanınan və 1990-cı ildən etibarən təşkil olunan bu tədbirə 80-dən çox ölkənin 1200-ə qədər qadın- nazirlər, birinci xanımlar, yüksək dövlət vəzifəsi tutan şəxslər, ictimai-siyasi xadimlər, millət vəkilləri, işgüzar qadınlar, qeyri-hökumət  təşkilatlarının rəhəbrləri qatılırlar.  Sammit çərmivəsində qadınların ictimai-siyasi həyatda, dövlətin cəmiyyətin idarə olunmasında, eləcə də iqtisadiyyat və biznesdə rolunun artırılması mövzuları ətrafında müzakirələr aparılır, təkliflər irəli sürülür. Ümumdünya Qadın Sammitinin Bazeldə keçirilən 19-cu  iclası “Qadın: müvəffəqiyyətə yeni baxış” mövzusuna həsr edilib. Dünyanın bir çox ölkələrinin yüksək vəzifəli dövlət nümayəndələrinin iştirakı ilə ayrı-ayrı təcrübələr təqdim olunur. Azərbaycan Respublikasını  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət  Komitəsinin sədri xanım Hicran Hüseynova həmin iclasda “Ən yaxşı təcrübələr” ssesiyasında Azərbaycanda  həyata keçirilən dövlət qadın siyasəti  haqqında geniş  məruzə ilə çıxış edir.

      Sammitin əhəmiyyətinin vurğulayan Komitə sədri xanım Hicran Hüseynova bildirib ki, Azərbaycanda həmişə qadın hüquqlarının müdafiəsi xüsusi əhəmiyyət kəsb edib. Bu da təsadüfi deyil. Hələ 100 il  bundan əvvəl Azərbaycan qadını seçib-seçilmək hüququna nail olub. Bu böyük tarixdir, və biz çox sevinirik ki, belə böyük qadın hərəkatı tariximiz var. Və bu gündə dövlətimiz qadınlar üçün bütün imkanları yaradır ki, onlar  cəmiyyət həyatında aktiv iştirak etsinlər. H.Hüseynova qeyd edib ki,  mürəkkəb ictimai-siyasi və ağır hərbi vəziyyət fonunda ötən 28 ildə Azərbaycan müstəqil dövlət olaraq ciddi islahatlar aparmış və bu gün  dünyanın inkişaf etmiş nüfuzlu  dövlətlərindən birinə çevrilmişdir. Cənab Prezident  İlham Əliyev tərəfindən imzalanmış sənədlər, qəbul edilmiş qərarlar sahibkarlığın inkişafına çox böyük dəstəkdir. Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın xüsusi təşəbbüsü ilə həyata keçirilən sosial layihələr də qadın sahibkarlığının, xüsusilə qaçqın və məcburi  köçkün qadınlar arasında sahibkarlığın inkişafına müsbət təsir göstərir. Görülən işlərin nəticəsində  ölkə üzrə qadınlar arasında işsizliyin səviyyəsi son illər on dəfə azalaraq 5,9%-ə düşmüşdür. Əvvəllər 4% olan qadın sahibkarlarının sayı artaraq 2019-cu ilin əvvəlinə olan məlumata əsasən 30%-i ötmüşdür.

      Komitə sədri bildirib ki,  ölkəmiz  bütün sahələr üzrə  dinamik surətlə inkişaf edir. “Ancaq biz hələ də müharibə şəraitində yaşayan ölkəyik. Və əlbəttə ki,  1 milyondan çox qaçqın və məcburi köçkünlərin, xüsusilə də bu təbəqədən olan qadınların cəmiyyətə inteqrasiyası, onların sosial müdafiəsi, təhsil, tibb və digər xidmətlərin əlçatan olması ən vacib məsələlərdəndir. Hökumətin qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və onların hüquqlarının təmin edilməsi sahəsində atdığı addımlar nəticəsində onlar evlə təmin olunublar, uşaq və tələbələtr təhsil haqqıdan azaddırlar, tibb xidmətləri göstərilən zaman onlara böyük güzətlər edilir və s. Belə bir şərait qadınlara imkan yaradır ki, onlar öz üzərində işləsin, cəmiyyətdə  aktiv iştirak etsin.  Azərbaycanın bu sahədə təcrübəsi oxşar problemlər yaşayan ölkələrə nümunədir”.  

    Xanım H.Hüseynova müsbət təcrübələrin öyrənilməsi, ölkələrarası mübadilənin gücləndirilməsinin əhəmiyyətindən bəhs edərək  bildirib ki,  bu gün sahibkar qadınlarımız digər  ölkələrin sahibkar qadınları ilə çox sıx əməkdaşlıq edir, ikitərəfli memorandumlar imzalayırlar. Bu sırada Türkiyə, Belorusiya, Rusiya, Mərakeş, Rusiya Federasiyasının Həştərxan Vilayətinin sahibkar qadınları ilə bağlanmış əməkdaşlıq sənədlərini misal göstərmək olar. Eyni zamanda, 2012-ci ildən Azərbaycan BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramının (SPECA) Gender və İqtisadiyyat üzrə Tematik İşçi Qrupunun sədridir. 

 Komitə sədri  qeyd edib ki, eyni zamanda    qadın və qızların  sosial və iqtisadi həyatda iştirakına əngəl olan səbəbləri  o cümlədən,  əmək bazarında qadınların məşğulluq imkanlarını təhlil etməyə davam edirik. Qadınların fəal iştirakı üzrə özəl sektor üçün tövsiyələri özündə əks etdirən ilə xüsusi hesabat hazırlanmışdır.

      Azərbaycanda bir sıra sənədlərdə, o cümlədən, Strateji Yol Xəritəsində və Dayanıqlı İnkişaf Məqsədlərində də insanların özünü reallaşdırması üçün imkanların genişləndirilməsini nəzərdə tutulur.  Qadınların peşə hazırlığı kurslarına cəlb olunması, onların bazar iqtisadiyyatı və sahibkarlıq fəaliyyəti haqqında bilik və təcrübə qazanmaları  Komitənin BMT İnkişaf Proqramı və digər beynəlxalq təşkilatlatlarla birgə  keçirdiyi layihələrin mühüm əhəmiyyəti vardır. Və bu əməkdaşlıq çərçivəsində bölgələrdə fəaliyyət göstərən 8 Qadın Resurs Mərkəzləri təkcə qadın sahibkarlarlığının inkişafına kömək etmir, eyni zamanda, qadının cəmiyyətdə nüfuzunun artmasına təkan verir.  

     Bu gün vacib məsələlərdən biri də, kənd yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda daha fəal  iştirak etməsidir.  Ölkəmizdə əhalinin dörddə birini  təşkil edən kənd qadınlarının sosial və iqtisadi həyatda iştirakına xüsusi önəm verilir.  Komitənin  BMT-nin İnkişaf Proqramının birgə layihəsi olan “Kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqatı” texniki yardım layihəsi nəticəsində  bu gün kənd qadınları çox aktivdirlər. Eyni zamanda,11 regionda fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzlərimiz də bu sahədə qadınlara xüsusi təlimlər keçirilir. Kənd yerlərində yaşayan qadınların yeni iş yerləri tapması üçün Xüsusi İş  və Əmək Yarmarkaları reallaşdırılır. Qeyd etmək istərdim ki, yeni yaradılmış Azərbaycan Kənd Qadınları Assosiasiyası qadınların regional və ölkə səviyyəsində şəbəkələşməsi prosesinə öz mühüm töhfəsini verir. Həmçinin Ailə Biznesinə Dəstək Mərkəzlərinin (ABAD) yaradılması yeni iş yerlərinin açılmasını asanlaşdırmaqla yanaşı, kənd qadınları arasında kiçik və orta sahibkarlığı artırır. Regionlarda yaşayan və kənd təsərrüfatı ilə məşğul olmaq istəyən qadınların, gənc xanımların və eləcə də məcburi köçkün ailələrindən olan gənclərin bu sahədə biznes ideyalarının reallaşmasına və sosial vəziyyətinin yaxşılaşdırılmasına dəstək vermək üçün “AMAL” (Aqrar Məşğulluğun Artırılması Layihəsi)  və “AFAQ” (Aqrar Fəaliyyətli Azərbaycan Qadınları layihəsi) layihələri fəaliyyət göstərir. Respublikada “Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası” və “Kəndli Qadınlar Assosiasiyası” yaradılmışdır. Bu da qadın sahibkarlığı sahəsində şəbəkələrin qurulmasında mühüm rol oynayır. 

İclas müzakirə və məruzələrlə öz işini davam etdirir.