Komitə könüllülərinə təlimlər keçirilib

11 iyul 2019

Paylaş:

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən gənclərin potensialından səmərəli istifadə etmək, onlara peşə vərdişləri aşılamaq və təcrübi biliklərini artırmaq məqsədilə  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Komitə nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzləri könüllülük fəaliyyəti istiqamətində işini davam etdirir.

İyulun 11-də Komitədə könüllülük fəaliyyətinə başlayan gənclər üçün Komitənin fəaliyyəti barədə daha ətraflı məlumatlı olması üçün əməkdaşlar tərəfindən təqdimatlar edilib. Təqdimatda aparatın struktur bölməsinə daxil olan hər bir şöbə tərəfindən həmin şöbənin fəaliyyət istiqamətləri, həyata keçirdikləri tədbirlər barədə ətraflı məlumat verilib və könüllüləri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, Komitədə fəaliyyət göstərən könüllülər Komitəyə və ayrı-ayrı şöbələrə daxil olan ərizə və məktubların qeydiyyatı, müvafiq məlumatların toplanması, xarici dillərə tərcüməsi və s. kimi işlərə cəlb edilir. Könüllülərə vaxtaşırı olaraq, ölkədə sosial sahədə mövcud qanunvericilik və dövlət qulluğu barədə məlumatlar verilir. 

Komitədə könüllülük fəaliyyətinə qoşulmaq istəyən gənclər http://scfwca.gov.az/post/1443/dovlet-komitesinde-konullu-fealiyyeti-ne-sen-de-qosul linkinə daxil olaraq, qeydiyyatdan keçməlidirlər.