Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzi “Ailənin qurulması və qorunması” mövzusunda maarifləndirici tədbir keçirib

16 iyul 2019

Paylaş:

İyulun 12-də Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzində “Ailənin qurulması və qorunması” mövzusunda maarifləndirici tədbir təşkil olunub. Bir qrup gənc qızın və qadınların iştirakı ilə keçirilən tədbirdə ailə və onun dəyərləri, vəzifələri, qurulması, qorunması yolları haqqında geniş məlumat verilib.

Xalqımız üçün ailənin tarix boyu çox böyük əhəmiyyət daşıdığı, ailənin kiçik dövlət hesab olunduğu qeyd edilib. Mənəvi dəyərlərimizin qorunub saxlanılmasında mühüm vəzifə daşıyan, genefondumuzun davamçısı olan  ailələrin qorunması, uzunömürlü olması üçün sevgi, sayğı, sədaqət hisslərinin möhkəm olmasının vacibliyi bildirilib.  

Daha sonra ailə təcrübəsi olan xanımlar gənc qızlara ailədaxili münasibətlərlə bağlı tövsiyələr veriblər.