Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Avstraliyanın Türkiyə, Azərbaycan və Gürcüstandakı səfiri cənab Mark Innes-Brounla görüşüb

18 iyul 2019

Paylaş:

İyulun 18-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri  Hicran Hüseynova  Avstraliyanın  Türkiyə, Azərbaycan və Gürcüstandakı  səfiri cənab  Mark Innes- Brounla ikitərəfli  görüşü  baş tutub. 

Dövlət Komitəsinin sədri Hicran Hüseynova səfiri salamlayaraq, bilidirib ki, müstəqil dövlətimizin ali qanunları dövlət qadın siyasətinin həyata keçirilməsi üçün hüquqi müstəvidə böyük imkanlar açır. Cənab Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqəti və qayğısı sayəsində bu gün ölkədə qadın  hüquqlarının müdafiəsi sahəsində mühüm addımlar atılır. Xanım Hicran Hüseynova qeyd edib ki, Azərbaycanda qadın hüquqlarının müdafiəsinin böyük tarixi var və 100 ildən çoxdur ki, qadınlarımız seçib-seçilmək hüququna malikdirlər.

O, bildirib ki, Komitə qadınların  müdafiəsinin gücləndirilməsi, gender bərabərliyinin təmin edilməsi sahəsində fəaliyyətin əlaqələndirilməsi məqsədilə də həyata keçirilən  tədbirlər haqqında məlumatları diqqətə çatdırıb. 

Avstraliyanın  Türkiyə, Azərbaycan və Gürcüstandakı  səfiri cənab  Mark Innes- Broun səmimi qəbul üçün minnətdarlığını bildirib. O, Azərbaycan təcrübəsini, bu sahədə həyata keçirilən layihələri nümunə kimi qiymətləndirib və növbəti illərdə Azərbaycanla birgə yeni layihələrin keçirilməsində maraqlı olduqlarını əlavə edib.

Görüş zamanı ikitərəfli əməkdaşlığın genişləndirilməsi və layihələrdə effektivliyin artırılması məqsədilə fikir mübadiləsi aparılıb.