Uşaqların yay istirahəti-asudə vaxtın təşkili məqsədilə Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi “Təbiəti qoruyaq” adlı tədbir təşkil edib

16 avqust 2019

Paylaş:

Avqustun 14-də Ağdam Uşaq və Ailələrə Dəstək  Mərkəzi icmada yaşayan bir qrup uşağın asudə vaxtının  səmərəli təşkili  və rayonlarımızı tanıtmaq məqsədilə “Təbiəti qoruyaq”  adlı Bərdə  rayonu Lək meşəsində gəzinti və  təbiət qoynunda piknik təşkil etmişdir. 

Mərkəzin sosial işçiləri uşaqlarla meşədə gəzinti təşkil etdilər, “Təbiəti qoruyaq” devizi altında meşədə məişət tullantıları təmizləndi, daha sonra təbiət qoynunda açıq səma altında, ağacların kölgəsində  uşaqlar üçün süfrə açıldı.