Xızı rayonunda vətəndaşların qəbulu keçiriləcək

21 avqust 2019

Paylaş:

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, ölkəmizin bölgələrində nazir və komitə sədrləri, sədr müavinləri tərəfindən vətəndaşların qəbulu davam  edir.

30 avqust  2019-cu il tarixində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynova saat 10:00-da Xızı rayonunda Heydər Əliyev Mərkəzində vətəndaşların qəbulunu keçirəcək. Qəbulda Xızı , Siyəzən və  Şabran   rayonlarının vətəndaşlarının  ərizə, təklif və müraciətlərinə   baxılacaqdır.