Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzi uşaqlar üçün ekskursiya təşkil edib

22 avqust 2019

Paylaş:

Uşaqların asudə vaxtının səmərəli təşkili məqsədilə Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzi yay tətili günlərində müxtəlif tədbirlər keçirməyə davam edir. Beləki 14 və 16 avqust tarixlərində bir qrup uşağın dənizkənarı parka və Qala qəsəbəsində yerləşən Qala Arxeoloji və Etnoqrafiq muzey kompleksinə ekskursiya təşkil etmişdir. Ekskursiyanın təşkilində məqsəd Qədim Azərbaycanın tarixi ilə yaxından tanış olmaq, milli adət ənənələrimizi uşaqlara aşılamaq idi. Torpağımızın ulu olduğunu unutmamaq, qədim tariximizi nəsillərə ötürmək biz böyüklərin mənəvi borcudur.