Beynəlxalq əməkdaşlıq istiqamətində Komitə sədrinin görüşləri keçirilib

2 sentyabr 2019

Paylaş:

2 sentyabr  2019-ci i tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın Venesuela Bolivar Respublikasının Asiya, Yaxın Şərq və Okeaniya Ölkələri üzrə Xarici İşlər Nazirinin müavini Ruben Dario Molina ilə görüşü keçirilib.

Görüşdə Mərkəzi Asiya üzrə müavin İsis Lesman, Venesuela Bolivar Respublikasının Azərbaycandakı səfiri Christofer Martinez Berroteran, Venesuela Bolivar Respublikasının Azərbaycandakı Səfirliyinin Birinci Katibi Pedro Sanches Flores iştirak edib.

Komitə sədri eyni zamanda İsveçrənin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Muriel  Peneveyre və  Səfirin müavini Simone Haeberli ilə görüşüb.

Görüş çərçivəsində dövlətlər arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub, yeni layihələrin həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. H.Hüseynova qonaqlara Azərbaycanda qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətində görülən mühüm işlər, gender bərabərliyinin təmin edilməsi, məişət zorakılığının qarşının alınması, qadınların müxtəlif sahələrdə fəallığının artırılması məqsədilə atılan vacib addımlar və keçirilən əhəmiyyətli tədbirləri diqqətə çatdırıb.

Qonaqlar ölkəmizdə həyata keçirilən tədbirləri yüksək qiymətləndirərək, əməkdaşlığın davamlı olmasının vacibliyini qeyd ediblər.