Şəmkir rayonunda ailə, qadın və uşaq məsələləri ilə bağlı vətəndaşların qəbulu keçiriləcək

11 sentyabr 2019

Paylaş:

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, ölkəmizin bölgələrində nazir və komitə sədrləri, sədr müavinləri tərəfindən vətəndaşların qəbulu davam edir.

16 sentyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri müavini Sədaqət Qəhrəmanova saat 11:00-da Şəmkir rayonunda Gənclər Mərkəzində vətəndaşların qəbulunu keçirəcək. Qəbulda Şəmkir, Daşkəsən, Gədəbəy rayonlarının vətəndaşlarının ərizə, təklif və müraciətlərinə baxılacaqdır.

Qəbuldan sonra rayonun fəal qadınları ilə görüşün keçirilməsi planlaşdırılır.

Görüş çərçivəsində  Şəmkir rayonunda qadın və uşaq hüquqlarının müdafiəsi, qadın sahibkarlığının inkişafı və digər mövzular üzrə müzakirələr ediləcək.