Uşaq və Ailələrə Dəstək Mərkəzləri “Bilik Günü” münasibəti ilə tədbirlər keçiriblər

17 sentyabr 2019

Paylaş:

“15 sentyabr – Bilik Günü” münasibəti ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzləri fəaliyyət göstərdikləri rayonda tədbir keçiriblər. Tədbirlərdə çıxış edənlər təhsilin insan həyatındakı önəmini vurğulayaraq, dövlətin bu istiqamətdə gördüyü işlər barədə məlumat veriblər.

Əlamətdar gün münasibəti ilə Uşaq və Ailələrə Dəstək Mərkəzləri icmada yaşayan həssas təbəqəyə mənsub bir qrup ailələrin uşaqlarına məktəbli ləvazimatları və məktəbli formaları hədiyyə ediblər.