Zərdab rayonunda “İnsan alverinin qurbanı olma riskinin azaldılması” mövzusunda tədbir keçirilib

30 sentyabr 2019

Paylaş:

Sentyabrın 24-də  Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə Rayon Mərkəzi Kitabxanasında “İnsan alverinin qurbanı olma riskinin azaldılması” məqsədi ilə maarifləndirici tədbir keçirilib.

Tədbirdə ”Uşaq və Gənclər “ klubunun üzvləri, Gənclər Mərkəzinin əməkdaşları,  Mərkəzi Kitabxananın əməkdaşları və icma üzvləri iştirak edib.

Tədbir iştirakçılarına insan alveri problemi, cəmiyyətdə onun yaratdığı fəsadlar, seçilən qurbanlar, insan alverinə cəlb etmə üsulları,  bu problemə qarşı mübarizə və insan alveri qurbanı olma riskinin azaldılmasına dair ətraflı məlumat verillib.

Tədbirdən sonra insan alverinin qurbanı olma riskinin azaldılması istiqamətində geniş müzakirələr olunub və təkliflər irəli sürülüb.

Daha sonra iştirakçılara maarifləndirici çap materialları paylanılıb.