Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın başçılıq etdiyi nümayəndə heyətinin Serbiya Respublikasına səfəri zamanı ikitərəfli görüş təşkil olunub

2 oktyabr 2019

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın başçılıq etdiyi nümayəndə heyəti Serbiya Respublikasına səfəri zamanı konfransdan əvvəl Əmək, Məşğulluq, Veteranlarla iş və Sosial siyasət naziri Zoran Dordevic  ilə görüşü keçirilib.

Serbiya və Azərbaycan nümayəndə heyətləri arasında fikir mübadiləsi aparılıb və iki ölkə arasında ənənəvi dostluq münasibətlərindən məmnunluq ifadə olunub.

Nazir Dordevic  Serbiya ilə Azərbaycan arasındakı münasibətləri, xüsusilə sosial təhlükəsizlik, gender problemləri, gender əsaslı ayrı-seçkiliyə qarşı mübarizə, insan alverinə qarşı mübarizədə daha sıx əməkdaşlıq qurmaq istədiklərini bildirib.

Dövlət Komitəsinin sədri  Hicran Hüseynova növbəti illərdə də iki ölkə arasında ümumi maraq doğuran sahələrdə əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu bildirib.

Görüş zamanı layihələrdə effektivliyin artırılması məqsədilə fikir mübadiləsi aparılıb, həmçinin əməkdaşlığın davamlı olmasının vacibliyini qeyd olunub.