Sabirabad UADM-in 2019-ci il Dövlət Proqramına əsasən “Ahıllar Günü” adlı tədbir keçirilib

2 oktyabr 2019

Paylaş:

Oktyabrın 1-də Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən Qalağayın kəndində Beynəlxalq Ahıllar gününə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları və yaşlı nəslin nümayəndələri iştirak edib.

Əlamətdar gün münasibətilə ahıllar üçün çay süfrəsi təşkil edilib.

Tədbirdə mövzu haqqında məlumat verilərək, bildirilib ki, Beynəlxalq Ahıllar Günü ölkəmizdə 1993-cü ildən qeyd olunur. Xalqımızın ümummilli lideri Heydər Əliyev ahıl insanlara, onların problemlərinə hər zaman böyük diqqət və qayğı ilə yanaşıb, 2001-ci il iyunun 22-də “Ahıllara sosial xidmət haqqında” Qanunu imzalayıb.

Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu uğurlu inkişaf prosesi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müvəffəqiyyətlə davam etdirilir. Qeyd edilib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da ahılların ən böyük qayğıkeşidir. Azərbaycanın birinci xanımının təşəbbüsü ilə ahıllar, müharibə veteranları ilə görüşlər keçirilir.

Tədbirdə ölkəmizdə yaşlı vətəndaşların, tənha və kimsəsizlərin daim diqqət və qayğı ilə əhəta olunduqlarını, onların sosial müdafiəsinin gücləndirilməsi, sağlamlıqlarının qorunması sahəsində dövlətimiz tərəfindən ardıcıl tədbirlərin həyata keçirildiyi bildirilib.

Sonda yaşlı nəslin nümayəndələrinə söz verilib və onların fikirləri, arzuları, məsləhətləri dinlənilib.