Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə “5 oktyabr Müəllimlər günü” adlı tədbir keçirilib

4 oktyabr 2019

Paylaş:

Beynəlxalq Müəllimlər Gününün qeyd olunması ilə bağlı qərarı YUNESKO 1966-cı il oktyabrın 5-də vermişdir. Bu təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd də qəbul olunmuşdur. Hazırda oktyabrın 5-ni dünyanın 100-dən artıq ölkəsi müəllimlərin peşə bayramı kimi qeyd edir. Müstəqil Azərbaycanda isə bu bayramın keçirilməsi ilə bağlı sərəncamı Ulu öndər Heydər Əliyev vermişdir.

4 oktyabr 2019-cu il tarixində Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin və Qəbələ 1 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə “5 oktyabr Müəllimlər günü” adlı tədbir keçirilib. Tədbirdə Qəbələ UADM-in əməkdaşları, Qəbələ rayon 1 saylı tam orta məktəbinin müəllim kollektivi, şagirdlər  və qonaqlar iştirak edib.

Bildirilib ki, müəllimlər bu gün cəmiyyətimizin nüfuzlu şəxslərindən hesab olunurlar. Müəllimlər dövlətin onlara göstərdiyi qayğıdan və onlara həyat tərzinin, yaşayışlarının daim yüksəldilməsi uğrunda aparılan işlərdən söz açıblar. Tədbirdə çıxış edənlər müəllimləri səmimi qəlbdən təbrik ediblər.

Sonda Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin müəllimlər üçün hazırladığı videoçarx nümayiş etdirilib.