Saatlıda “Risk qrupuna aid ailələrin mövcud xidmətlərə yönəldilməsi və cəmiyyətə inteqrasiyası” adlı tədbir keçirilib

7 oktyabr 2019

Paylaş:

 

Oktyabrın 7-də Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzində “Risk qrupuna aid ailələrin mövcud xidmətlərə yönəldilməsi və cəmiyyətə inteqrasiyası” adlı tədbir keçirilib. Tədbirin keçirilməsində məqsəd risk qrupundan olan ailələrin mövcud xidmətlərə yönəldilməsi, onların cəmiyyətə inteqrasiyasıdır.

Dövlətimizin sağlamlıq imkanları məhdud şəxslərin təhsil alması və peşə hazırlığı keçməsi üçün yaratdığı lazımi şəraitdən tədbir iştirakçılarına məlumat verilib. Bildirilib ki, Saatlı rayonunda Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən Əlilliyi olan şəxslər üçün Peşə-sosial reabilitasiya kursu təşkil olunub. Məlumat verilib ki, 15 yaşdan yuxarı şəxslər kompyuter, bərbərlik(qadın və kişi), toxuculuq, tikişçi kurslarından yararlana bilərlər.

Sonda mövzu haqqında ətraflı fikirlər bildirilib və Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları müraciət edən şəxsləri müvafiq kurslara yönləndiriblər.