Şüvəlanda “Reproduktiv sağlamlıq” mövzusunda maarifləndirici tədbir keçirildi

16 oktyabr 2019

Paylaş:

16 oktyabr 2019-cu il tarixində Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları tərəfindən 183 saylı orta məktəbdə “Reproduktiv sağlamlıq” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları və məktəb şagirdləri iştirak edib.

Proqramın məqsədi gənc nəslin sağlam böyüməsi, onların zərərli vərdişlərdən qorunması, habelə gələcəkdə sağlam ailə qurması üçün uşaq və yeniyetmələr arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıqla bağlı maarifləndirmə işlərini genişləndirməkdən ibarətdir.

Seminar zamanı reproduktiv sağlamlıq üzrə şagirdlərə geniş məlumatlar verilib, onlara sanitar-gigiyenik qaydalara əməl etmək və hər cür zərərli vərdişlərdən uzaq olmaq tövsiyə olunub. Bildirilib ki, gələcək nəslin sağlam böyüməsi cəmiyyətimizin ən mühüm  məsələsidir.

Tədbirin sonunda videoçarx nümayiş etdirilib və şagirdlərin sualları cavablandırılıb.