Gender məsələləri üzrə məsul şəxslər üçün təlimlər davam edir

17 oktyabr 2019

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti ilə birgə Asiya İnkişaf Bankının (AİB) maliyyə dəstəyi ilə Azərbaycanda gender məsul şəxslərin bilik və bacarıqlarının artırılmasına yönələn layihə həyata keçirir. Layihə dövlət müəssisələrinin genderə-həssas idarəetməsini dəstəkləyən beynəlxalq metodologiya üzrə icra edilir.

Layihə çərçivəsində gender məsələləri və kadr məsələləri üzrə məsul şəxslər üçün ikinci  təlim  9 oktyabr 2019-cu il tarixində Liderlik və qərarqəbuletmə”  mövzusunda keçirilib.

Təlimi Komitənin Qadın problemləri və gender məsələləri şöbəsinin böyük məsləhətçisi Sevinc Məmmədova və Mülki Cəmiyyətə Doğru İctimai Birliyinin direktoru Abil Bayramov aparıb.