Saatlıda “Sağlam həyat tərzinin təbliği” mövzusunda tədbir keçirilib

17 oktyabr 2019

Paylaş:

17 oktyabr 2019-cu il tarixində Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzi Nərimankənd kənd tam orta məktəbində “Sağlam həyat tərzinin təbliği” mövzusunda maarifləndirici tədbir keçirib. Tədbirdə Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları, yuxarı sinif qız şagirdləri iştirak edib.

Bildirildib ki, sağlamlıq insanın təkcə xəstə olmaması ilə ölçülmür, həm də onun fiziki, psixoloji və sosial rifahının öz qaydasında olması ilə müəyyən olunur. Hər bir yeniyetmə və gənc qız gələcəkdə sağlam ailə qurmaq və sağlam nəsillər dünyaya gətirmək istəyirsə ilk növbədə öz sağlamlığını qorumalıdır, zərərli vərdişlərdən uzaq olmaq, sağlam həyat tərzinin qaydalarına əməl etmək lazımdır. Həmçinin Azərbaycan dövlətinin gənclər arasında sağlam həyat tərzinin təbliğinə göstərdiyi xüsusi diqqət və qayğı iştirakçıların diqqətinə çatdırılıb.

Tədbirin sonunda suallar cavablandırılıb və iştirakçılara mövzu ilə bağlı buklet və məlumat xarakterli vərəqələr paylanılıb.