Saatlıda “İnsan alveri qurbanı olmayaq” mövzusunda tədbir keçirilib

17 oktyabr 2019

Paylaş:

 

17 oktyabr 2019-cu il tarixində Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən Smada kənd tam orta məktəbində “İnsan alveri qurbanı olmayaqi” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları və məktəb şagirdləri iştirak edib.

Şagirdlərə İnsan alveri mövzusunda geniş məlumat verilib. Bildirilib ki, İnsan Alveri zor tətbiq etmək hədəfi və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə, oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə və ya digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və s. nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla insanların istismar məqsədilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsidir. Həmçinin Daxili İşlər Nazirliyinin insan alveri qurbanları üçün 152 qaynar xətti, insan alverinin qurbanları üçün nəzərdə tutulmuş sığınacaq barədə ətraflı məlumatlar verilib.

Tədbirdə İnsan alveri ilə bağlı videoçarx nümayiş olunub.

Tədbirin sonunda suallar cavablandırılıb və iştirakçılara mövzu ilə bağlı buklet və məlumat xarakterli vərəqələr paylanılıb.