Gender məsələləri üzrə məsul şəxslər üçün “Monitorinq və Qiymətləndirmə” mövzusunda təlimlər keçirildi

17 oktyabr 2019

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi  Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti ilə birgə Asiya İnkişaf Bankının (AİB) maliyyə dəstəyi ilə Azərbaycanda gender məsul şəxslərin bilik və bacarıqlarının artırılmasına yönələn layihə həyata keçirir. Layihə dövlət müəssisələrinin genderə-həssas idarəetməsini dəstəkləyən beynəlxalq metodologiya üzrə icra edilir.

Layihə çərçivəsində gender məsələləri və kadr məsələləri üzrə məsul şəxslər üçün ikinci  təlim  16 oktyabr 2019-cu ildə “Monitorinq və Qiymətləndirmə” mövzusunda keçirilib. Təlimdə monitorinq, qiymətləndirmə, qiymətləndirmənin tipləri və parametrləri, məlumatların toplanması və təhlili, dayanıqlı inkişaf məqsədləri, gender statistikasının hazırlanması, milli və beynəlxalq hesabatlılıq haqqında iştirakçılara məlumat verilib.

Təlimi Komitənin Qadın problemləri və gender məsələləri şöbəsinin böyük məsləhətçisi Sevinc Məmmədova və Mülki Cəmiyyətə Doğru İctimai Birliyinin direktoru Abil Bayramov aparıb.