Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzi “Məişət zorakılığının qarşısının alınması” adlı tədbir keçirib

24 oktyabr 2019

Paylaş:

22 oktyabr 2019-cu il tarixində Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə “Məişət zorakılığın qarşısının alınması” adlı tədbir keçirilib. Tədbirdə Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları, Qəbələ rayon Hacallı kənd məktəbinin müəllimləri iştirak edib.

Qeyd edilib ki, yüz illərdən bəri formalaşmış milli dəyərlərə sadiq qalan ana dilimizin mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı qadın olmuşdur. Lakin ən inkişaf etmiş cəmiyyətlərdə belə qadınlar müxtəlif növ zorakılığa məruz qalırlar. Digər ölkələrdə olduğu kimi, bizim ölkədə də məişət zorakılığını müəyyən etmək çox çətin olur. Məişət zorakılığının qarşısının alınması insanların təhlükəsizliyinin təmin olunmasdında böyük əhəmiyyət kəsb edir. Cəmiyyət bilməlidir ki, məişət zorakılığı vətəndaş cəmiyyətinin əsaslarına ciddi zərbə vurur.

Qeyd edilib ki, məişət zorakılığı müasir cəmiyyət üçün böyük ictimai bəladır, bununla mübarizənin faydalılığı məişət zorakılığı qurbanlarının hüquqi və sosial sahələrdə mühafizə vasitələrinin mövcudluğundan asılıdır. Qadınları bütün növ zorakılıqlardan qorumaq və qadınlara qarşı zorakılığın qarşısını almaq, cinayət törədənləri məsuliyyətə cəlb etmək, qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğvinə dəstək olmaq, qadınlar və kişilər arasında bərabərlik prinsipini inkişaf etdirmək hər birimizin vəzifəsinə çevrilməlidir.

Tədbirin sonunda qadınları maraqlandıran suallar cavablandırılıb.