Qəbələ UADM tərəfindən “Uşaq hüquqlarının müdafiəsi” adlı tədbir keçirilib

24 oktyabr 2019

Paylaş:

24 oktyabr 2019-cu il tarixində Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə “Uşaq hüquqlarının müdafiəsi” adlı tədbir keçirilib.

Qəbələ rayon 2 saylı orta məktəbdə keçirilən tədbirdə Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin, Qəbələ RİH, Qəbələ RPŞ-nın əməkdaşları və məktəb şagirdləri iştirak edib. Bildirilib ki, uşaq hüquqları dünyadakı bütün uşaqların qanunla və ya əxlaqi baxımdan doğulduqları gündən sahib olduğu, təhsil, sağlamlıq, sığınma, fiziki psixoloji və ya cinsi istismara qarşı qorunma kimi hüquqlarının hamısının birdən təyinində istifadə edilən universal anlayışdır. Tədbir zamanı şagirdlərə Qanunun maddələri izah edilib, uşaqların hüquqları və vəzifələri onlara çatdırılıb, qanunun yerinə yetirilməsi sahəsində uşaqların üzərinə düşən vəzifə onlara izah edilib. Məlumat verilib ki, Konvensiyanın 20 yanvar 1989-cu ildə BMT-nin Baş Assambleyası tərəfindən qəbul olunan Konvensiya 193 dövlət tərəfindən qəbul edilmiş uşaqların hüquqlarının təmin edən universal kodeksdir.

Tədbirin sonunda şagirdləri maraqlandıran suallar cavablandırılıb və bukletlər paylanılıb.