Saatlıda “QİÇS və onun fəsadları” adlı tədbir keçirilib

24 oktyabr 2019

Paylaş:

24 oktyabr 2019-cu il tarixində Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzi Smadakənd  kəndin orta məktəbində “QİÇS və onun fəsadları” mövzusunda maarifləndirici tədbir keçirib. Tədbirdə Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları və yuxarı sinif şagirdləri iştirak edib.

QİÇS və narkomaniyanın insanlara, xüsusilə gənc nəslə vurduğu zərərdən və bu zərərli vərdişlərlə mübarizə sahəsində görülən işlərdən söhbət açılıb. Bildirilib ki, son 10 illiyin ən çox yayılan xəstəliklərindən biri də QİÇS xəstəliyidir. Qeyd edilib ki, HİV virusuna yoluxma hadisələri narkotik qəbul edənlərdə daha tez-tez baş verir. Bu cür insanlarda HİV-ə yoluxma ehtimalı adi insanlara nisbətən dəfələrlə çoxdur.  Bu xəstəlik müalicə olunmur və çox vaxt insanlarda qəzəb hissi və mənfi emosiyalar yaradır.Tələbələrə bu kimi xəstəliklərdən uzaq olmağı və  təhsillə yanaşı sağlamlıqlarını da diqqətdə saxlamağı tövsiyə edilib.

Tədbirin sonunda şagirdləri maraqlandıran suallar cavablandırılıb və buklet, liflet məlumatlandırıcı vərəqələr paylanılıb.