Qəbələdə “Sağlam həyat tərzi” adlı tədbir keçirilib

25 oktyabr 2019

Paylaş:

25 oktyabr 2019-cu il tarixində Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları tərəfindən Qəbələ şəhər 3 saylı tam orta məktəbdə “Sağlam həyat tərzi” adlı tədbir keçirilib. Tədbirdə Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları, Gigiyena və Epidemilogiya mərkəzinin həkimi, müəllimlər və şagirdlər iştirak edib.

Qida təhlükəsizliyinin insan həyatında önəmli rolundan, sağlam həyat tərzinin həm ailə, həm də məktəb həyatında formalaşmasının vacibliyindən söz açılıb. Narkomaniya və zərərli vərdişlərə qarşı maarifləndirici işin şagirdlər arasında aparılmasının əhəmiyyəti, uşaqların icbari dispanserizasiyaya cəlb edilməsinin əhəmiyyəti bildirilib. Sürətli həyat tempi, ekologiyanın qorunmaması, informasiya və texniki xarakterli gərginliyin artması kimi amillərin insan orqanizminə mənfi təsir göstərdiyi qeyd edilib.

Mövzu haqqında ətraflı məlumat verilib və şagirdlərin sualları cavablandırılıb.