Gender məsələləri üzrə məsul şəxslər üçün təlimlər keçirilir

30 oktyabr 2019

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti ilə birgə Asiya İnkişaf Bankının (AİB) maliyyə dəstəyi ilə Azərbaycanda gender məsələləri üzrə məsul şəxslərin bilik və bacarıqlarının artırılmasına yönələn layihə həyata keçirir. Layihə dövlət müəssisələrinin genderə-həssas idarəetməsini dəstəkləyən beynəlxalq metodologiya üzrə icra edilir.

Layihə çərçivəsində gender məsələləri və kadr məsələləri üzrə məsul şəxslər üçün ikinci təlim 30 oktyabr 2019-cu ildə saat 10:00-17:00 dək “Ünsiyyət və şəbəkələşmə” mövzusunda keçirilib.
Təlimi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Təşkilat, Nəzarət və Analitika şöbəsinin aparıcı məsləhətçisi Aynurə Əliyeva və “Counterpart İnternational” Proqram mütəxəssisi Zümrüd Cəlilova aparıb.