Komitə sədri Nayrobi Sammiti çərçivəsində ikitərəfli görüşlər keçirib

14 noyabr 2019

Paylaş:

Noyabrın 13-də Nayrobi Sammiti çərçivəsində Qadınlar rəhbərlik etdikdə adlı yüksək səviyyəli dialoq keçirilib. Həmin görüşdə həmsədrlər, iştirakçı ölkələrin  birinci xanımları və  idarəetmədə yüksək vəzifələrdə çalışan, o cümlədən beynəlxalq təşkilatları rəhbər səviyyədə təmsil edən qadınlar öz fikirlərini bölüşüblər. Çıxışçılar qadınların bu sahədəki uğurları və nailiyyətləri barədə danışıblar və qarşıda dayanan vəzifələri müzakirə ediblər.

Həmçinin  həmin gün Komitə sədri Hicran Hüseynova BMT-nin Əhali Fondunun (UNFPA)  icraçı direktor müavini xanım Laura Laden ilə görüşü baş tutub. Görüşdə  BMT Əhali Fondu ilə görülən işlərdən, həyata keçirilən layihələrdən və onların müsbət nəticələrindən bəhs olunub. Görüşün məqsədi əməkdaşlığın inkişaf etdirilməsidir.

Həmin gün sədr Hicran Hüseynovanın bir sıra ikitərəfli görüşləri də olub. BMT-nin Əhali Fondunun (UNFPA-nın ) icraçı direktoru xanım Natalia Kanem, Butan kraliçası xanım Gyalyum Sangay Choden Vangçuk, İnsan Hüquqları üzrə Ali Komissarı xanım Mişel  Başele, Konqo Respublikasının birinci xanımı  Antoinette Sassou  Nguesso, Keniya Respublikasının birinci xanımı  Marqaret Kenyatta, Maldiv Respublikasının Milli Planlaşdırma və İnfrastruktur naziri cənab Muhamed Aslanla görüşmüş, qadın hüquqlarının müdafiəsi ilə bağlı görülmüş işlərdən, əlaqələrin genişləndirilməsindən danışılıb. 

Görüş zamanı sədr H.Hüseynova qeyd edib ki, Azərbaycan Respublikası prezidenti İlham Əliyev və  Birinci vitse-prezident Mehriban Əliyeva qadın və qızlarımızın hərtərəfli injkişafı üçün bütün imkanları yaradıb və bu sahədə sistemli iş aparılır. Xüsusilə qadın sahibkarlığın inkişafı istiqamətində müsbət nəticələrimizdən danışılıb. Həmçinin görüş iştirakçılarının nəzərinə çatdırılıb ki, Azərbaycan torpaqlarının 20%-i işğal altında olması, 1 milyondan çox qaçqın və məcburi köçkünün olmasına baxmayaraq ölkəmiz inkişaf edir, iqtisadi imkanları artır  və bu da öz növbəsində vətəndaşların, o cümlədən qadınların həyat tərzinin yüksəlməsinə və sosial müdafiəsinin güclənməsinə səbəb olur.