18 noyabr – Uşaqların Cinsi Zorakılıqdan Müdafiə Günüdür

14 noyabr 2019

Paylaş:

18 Noyabr - Uşaqların Cinsi istismardan və Cinsi zorakılıqdan Müdafiəsi üzrə Avropa Günüdür.

Azərbyacan 2008-ci ildə "Uşaqların Cinsi Istismardan və Cinsi Zorakılıqdan Müdafiəsi haqqında Avropa Şurası Lanzarote Konvensiyası"–nı imzalayıb. 2019-cu il  oktyabrın 22-də Milli Məclisin qərarı ilə Konvensiya ratifikasiya edilib və oktyabrın 31-i Ölkə Prezidentinin sərəncamı ilə təsdiqlənib.

Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi 2010-cu ildən Avropa Şurasının Lanzarote Komitəsi ilə əməkdaşlıq edir. 2016-cı ildən  isə 18 Noyabr Avropa Günü ərəfəsində Komitə Avropa Şurasının "Beşdə  bir"- "ONE İn FİVE"  kampaniyası çərçivəsində müxtəlif maarifləndirici fəliyyətlər həyata keçirir. Bu il 18 noyabr ərəfəsində Komitə bir sıra təlim və maarifləndirici seminarlar keçirilməsini nəzərdə tutur. İlk olaraq, Sabunçu rayonunda “Uşaqların zorakılıqdan müdafiəsi haqqında” valideynlər və uşaqlar üçün maarifləndirici təlim kemiriləcək.  Eyni zamanda 11 rayonda fəaliyyət göstərən  Uşaq və Ailələrə Dəstək mərkəzlərində valideynlər, uşaq mütəxəssisləri və uşaqlar üçün maarifləndirici təlim və seminarlar keçiriləcək. Bununla yanaşı, Bakı və rayonların  yerli İcra Hakimiyyətləri və yerlərdə fəaliyyət göstərən Gender zorakılığı və Uşaqlara qarşı zorakılıq üzrə Monitorinq qrupları ilə birgə “Beşdən biri” adlı tədbir keçiriləcək. Tədbirlər zamanı Avropa Şurasının hazırladığı və Komitənin tərcümə etdiyi "Kiko və Əl"  - "Kiko and Hand" videosu göstəriləcək, 18 Noyabr Günü ilə bağlı maarifləndirici leflet və "Güvəndiyin adama danış" adlı bukletlər paylanacaq. Eyni zamanda həmin gün  Komitənin aparat rəhbəri, Uşaq inkişafı və sosial iş üzrə mütəxəssis, Avropa Şurasının Lanzarote Komitəsinin eksperti  Ceyran Rəhmətullayevanın kütləvi informasiya vasitələrində, o cümlədən “ASAN” radionun canlı efirində məlumatlandırıcı müsahibələri olacaq.