Zərdabda UADM-in təşkilatı ilə aztəminatlı ailələr Rayon Mərkəzi Xəstəxanasında müayinədən keçirilib

13 noyabr 2019

Paylaş:

13 noyabr 2019-cu il tarixində Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə uşaqların icbari dispanserizasiyaya cəlb edilməsi məqsədi ilə mərkəzdən bəhrələnən aztəminatlı ailələr və onların uşaqları Rayon Mərkəzi Xəstəxanasında müayinədən keçirilib. Uşaqların sağlamlığının qorunması, normal fiziki inkişafının təmin edilməsi və xəstəliyin ilkin mərhələdə aşkar edilməsi məqsədilə həkimlər tərəfindən müayinə və müalicə edilib. Sonda həkimlər valideynlərə və övladlarına öz tibbi tövsiyələrini verib.