Komitə Sədri “Frans 2” kanalına müsahibə verib

16 noyabr 2019

Paylaş:

Fransanın Frans 2 telekanalının layihəsi olan “İslam dünyada” verlişinin növbəti buraxılışı Azərbaycana həsr ediləcək. Bununla bağlı olaraq  Şəmsəddin Xafez və Foziya Zuarinin rəhbərliyi altında 6 nəfərdən ibarət heyət noyabrın 10-dan Azərbaycana gəlib və noyabrın 30-dək səfərdə olacaq. 

"İslam dünyada" verilişinin buraxılışlarında müsəlman ölkələrinin tarixi, dini və mədəni irsindən bəhs olunur.

Azərbaycanda qadınlara seçki hüququn verilməsinin 100 illik yubileyi ilə əlaqədar, verilişdə xüsusi yer Azərbaycan tarixində və bugünki dövrdə qadının roluna ayrılacaq. Bununla bağlı olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovadan geniş müsahibə alınıb. Sədr Azərbaycan tarixində qadının rolundan, qadınlara verilən hüquqlardan və bu mövzuda İslamın təsirindən danışıb. Sədr qeyd edib ki, bu gün də Azərbaycanda rəhbər vəzifələrdə qadınlar var və ölkənin Birinci vitse-prezidentinin xanım olması başqa ölkələr üçün gözəl nümunədir. Hicran Hüseynova Ölkə başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qadınların inkişafı üçün gördüyü işlərdən danışaraq, bu sahədə əldə olunan uğurlara toxunub. O, bildirib ki, 1999-cu ildə keçirilən Bələdiyyə seçkisində 4% qadın namizəd var idisə, son bələdiyyə seçkisində bu rəqəm 35%-ə qalxmışdı. Komitə sədri ölkədə qadın sahibkarlığının güclənməsindən və rəhbər xanımların artmasından da bəhs edib.

Verilişin yaradıcı heyətinin Azərbaycana marağı yüksəkdir. Bunu onunla da izah etmək olar ki, keçmiş Sovet İttifaqı ölkələri arasında Azərbaycanda islam mədəniyyətinin zəngin olmasına baxmayaraq onun haqqında məlumat çox azdır.

Yaradıcı heyət verilişin üç hissəli olacağını bildirir. Birinci hissədə Azərbaycanın zəngin minillik tarixi, Azıx mağarası və Qobustandan başlayaraq 1918-ci ildə ilk müstəqil dövlətin yaradılmasına kimi. İkinci veriliş “Azərbaycan - bu gün” mövzusuna həsr olunacaq. Azərbaycan Demokratik Respuslikasının yaradılması, Sovet İttifaqı erasının ən əlamətdar hadisələri, Ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixində rolu və müasir Azərbaycanın quruculuğu mərhələlərindən bəhs olunacaq. Ölkədə sovet hökümətinə baxmayaraq islam dininin və inancların qorunması mövzusunda məlumat veriləcək. Eləcə də verilişdə dini tolerantlıq, yəhudi və xristian dinlərin nümayəndələrinin Azərbaycandakı vəziyyətindən bəhs olunacaq.

Ümumiyyətlə, verilişdə XXI əsrdə Azərbaycanın sivilizasiyalar qovşağında müasir, daima inkişaf edən və Şərq-Qərb arasında vacib bir ölkə olduğu göstəriləcək.