Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin keçirdiyi “Beşdən biri” adlı tədbirlər davam edir

15 noyabr 2019

Paylaş:

Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi 18 Noyabr Uşaqların cinsi İstismardan və Cinsi Zorakılıqdan Müdafiəsi üzrə Avropa günü münasibətilə rayon məktəblərində Uşaqlara qarşı cinsi zorakılığın qarşısının alınması məqsədilə “Beşdən biri” adlı tədbirləri davam edir.

15 noyabr 2019-cu il tarixində Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən Ağdam 4 yol bir qəsəbəsində yerləşən 14 saylı Texniki Fənlər Təmayüllü lisey məktəbində 125 nəfər şagird və müəllim kollektivinin iştirakı ilə “Beşdən biri” adlı tədbirlər  keçirilib.

Şagirdlərə uşaqlara qarşı törədilən zorakılıq halları haqqında təqdimat nümayiş etdirərək, onlara qarşı törədiləcək zorakılıqlardan necə qorunmaq barədə məlumatlandırılıb. Zorakılıqla qarşılaşdıqda nə etməli və kimə müraciət etməli olduqları haqqında tövsiyələr verilib.

Tədbirdə müzakirələrdə fəallıq göstərən uşaqlara “Uşaqlara qarşı zorakılıqlar və ondan qorunma” haqqında tərtib edilmiş bukletlər və Lanzarotte Konvensiyası haqqında lifletlər paylanılıb.