Hacıqabulda “Beşdən biri” adlı tədbir keçirildi

14 noyabr 2019

Paylaş:

14 noyabr 2019-cu il tarixinda Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzlərində “Beşdən biri” adlı uşaqların cinsi istismarı mövzusunda tədbir keçirilib.

Tədbirdə iştirakçılara mövzu haqqında ətraflı məlumat verilib. Məlumatda bildirilib ki, hal-hazırda dünyanın əksər ölkələrində uşaqlar cinsi istismara məruz qalır. Bu əsasən inkişaf etməmiş və müharibə şəraitində olan ölkələrdir. Qeyd edilib ki, uşaqlar bizim gələcəyimizdir və bu gələcəyi qorumaq bizim ən böyük məsuliyyətimizdir.

Tədbirin sonunda iştirakçılara mövzu ilə bağlı video göstərilib və mövzu ilə bağlı maarifləndirici materiallar paylanılıb.