İsmayıllıda “Vətəni tanıyaq” layihəsi çərçivəsində “Qızıl payız” adlı tədbir keçirilib

20 noyabr 2019

Paylaş:

Ismayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin hər il həyata keçirtdiyi “Vətəni tanıyaq” layihəsi bu il Beynəlxalq Uşaq Hüquqları günü münasibətilə məhz payız ayında təşkil olunub və “Qızıl payız” adlandırılıb.

Mərkəz xidmətlərindən bəhrələnən, habelə Mərkəzin təşkil etdiyi tədbirlərdə fəal iştirak edən uşaqların iştirak etdiyi tədbirin iştirakçıları İsmayıllı-Qəbələ boyu səyahət etdilər, meşəni gəziblər.

Sonra tədbir istirahət mərkəzində davam etdirilib. Uşaqlarla hüquqları barədəki maarifləndirici söhbət diskussiya şəklində keçirilib. Kiçik və böyük motorikanın, nitqin inkişafına kömək edəcək oyunlara, yarışmalara yaşından asılı olmayaraq uşaqlar həvəslə qatılıblar.