Hacıqabulda “Qadınlara qarşı zorakılıqla mübarizə günü” mövzusunda tədbir keçirilib

25 noyabr 2019

Paylaş:

25 noyabr 2019-cu il tarixində Hacıqabul UADM tərəfindən Hacıqabul Heydər Əliyev Mərkəzində “Qadınlara qarşı zorakılıqla mübarizə günü” mövzusunda tədbir kecirilib. Tədbirdə Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları və icmadan olan qadınlar iştirak edib.

Bildirilib ki, zorakılıq hallarının baş verməsinin bir çox səbəbi əsasən qadınların maariflənməməsindən və bunun nəticəsində də öz hüquqlarını bilməməsindən irəli gəlir. Mövzu haqqında geniş məlumat verilib. Təhlükə zamanı qadınların müraciət edə biləcəkləri müvafiq təşkilatların qaynar xətt və əlaqə nömrələri nəzərə çatdırılıb.

Qadın zorakılığına qarşı mübarizə ilə əlaqədar hazırlanmış video çarxlar nümayiş etdirilib.