Hacıqabulda maarifləndirici təlim keçirilib

27 noyabr 2019

Paylaş:

27 noyabr 2019-cu tarixində Hacıqabul UADM-də  “Fövqəladə vəziyyət zamanı nə etməli?” mövzusunda tədbir kecirilib.

Tədbirdə çıxış edənlər iştirakçılara ətraf mühit təhlükəsizliyi və insanların sağlamlığının qorunması üçün lazım olan amillər haqqında ətraflı məlumat verib.Təlimdə iştirakçılara fövqəladə vəziyyət zamanı ilkin addımların necə atılması, təhlükəsizliyimiz üçün nələrə diqqət edilməsi bildirilib. Həmçinin əyani vəsait kimi Hacıqabul UADM-də olan yanğın söndürmə balonundan və topundan düzgün istifadə qaydası haqqında iştirakçılara məlumat verilib.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.