Ağdamda “Məişət zorakılığının qarşısının alınması” adlı dəyirmi masa keçirilib

26 noyabr 2019

Paylaş:

26 noyabr 2019-cu il tarixində Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən  Quzanlı qəsəbəsi Heydər Əliyev Mərkəzində monitorinq qrupu və digər məsul idarə və təşkilatların üzvlərinin iştirakı ilə “Məişət zorakılığının qarşısının alınması” adlı dəyirmi masa keçirilib.

Tədbirdə məişət zorakılığı halları və qarşısının alınması üçün preventiv tədbirlərin keçirilməsi üçün rayonda olan vəziyyət haqqında müzakirələr edilib. Tədbir iştirakçıları təmsil etdikləri idarə və müəssisə tərəfindən bu məsələ ilə bağlı apardıqları tədbirlər barədə hesabat veriblər. Məişət zorakılığı ilə üzləşmiş qadınlara göstəriləcək xidmətlər barədə birgə xidmət planı işlənilib.

Dəyirmi masanın sonunda Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları  tərəfindən  məişət zorakılığı, Uşaq Hüquqları Konvensiyası və Lanzarote Konvensiyası haqqında  iştirakçılar məlumatlandırılıb.