İmişli rayonunda ailə, qadın və uşaq məsələləri ilə bağlı vətəndaşların qəbulu keçiriləcək

29 noyabr 2019

Paylaş:

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, ölkəmizin bölgələrində nazir və komitə sədrləri, sədr müavinləri tərəfindən vətəndaşların qəbulu davam edir.

5 dekabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri müavini Aynur Sofiyeva saat 11:00-da İmişli rayonunda Heydər Əliyev Mərkəzində vətəndaşların qəbulunu keçirəcək. Qəbulda İmişli, Saatlı, Sabirabad rayonlarının vətəndaşlarının ərizə, təklif və müraciətlərinə baxılacaqdır.

Qəbuldan sonra rayonun fəal qadınları ilə görüşün keçirilməsi planlaşdırılır.

Görüş çərçivəsində İmişli rayonunda qadın və uşaq hüquqlarının müdafiəsi, qadın sahibkarlığının inkişafı və digər mövzular üzrə müzakirələr ediləcək.