Komitə sədri Hicran Hüseynova İordaniya Haşimilər Krallığının Azərbaycandakı səfiri ilə görüşüb

4 dekabr 2019

Paylaş:

Dekabrın 4-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri  Hicran Hüseynovanın  İordaniya  Haşimilər Krallığının Azərbaycandakı səfiri Sami Abdullah Ğöşeh ilə ikitərəfli  görüşü keçirilib. 

Dövlət Komitəsinin sədri Hicran Hüseynova səfiri salamlayaraq bilidirib ki, müstəqil dövlətimizin ali qanunları dövlət qadın siyasətinin həyata keçirilməsi üçün hüquqi müstəvidə böyük imkanlar açır. Cənab Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqəti və qayğısı sayəsində bu gün ölkədə qadın  hüquqlarının müdafiəsi sahəsində mühüm addımlar atılır.

O, gender bərabərliyinin təmin edilməsi, qadınların müxtəlif sahələrdə təmsilçiliyinin artırılması sahəsində həyata keçirilən  tədbirlər haqqında məlumatları diqqətə çatdırıb. 

İordaniya  Haşimilər Krallığının Azərbaycandakı səfiri Sami Abdullah Ğöşeh səmimi qəbul üçün minnətdarlığını bildirib. O, Azərbaycan təcrübəsini, bu sahədə həyata keçirilən layihələri nümunə kimi qiymətləndirib və növbəti illərdə Azərbaycanla birgə tədbirlərin  keçirilməsində maraqlı olduqlarını əlavə edib.

Görüş zamanı ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə fikir mübadiləsi aparılıb.